Logo
    main-post-cover

    OPPO qeyri-adi dizayna sahib smartfonu patentləşdirib

    Cihazlar+
    19.04.2023
    Emil
        OPPO şirkəti qeyri-adi dizayna sahib smartfonu patentləşdirib. Patentləşdirilmiş smartfonun əsas fərqləndirici özəlliyi hərəkətli ekran mexanizminə və orijinal kamera konstruksiyasına sahib olmasıdır. Patent fotolarından da görmək olar ki, smartfon böyük ölçülü elastiki ekrana sahibdir və həmin ekran yan tərəfə hərəkət etməklə öz ölçüsünü böyüdə bilir. Bununla belə sözügedən proses reallaşan zaman smartfonun arxa panelində kamera obyektivləri ortaya çıxır.
        Onlar hərəkətli ekran panelinin arxasında yerləşirlər. Burdan da belə qənaətə gəlmək olar ki, smartfon ekranı standart ölçüdə olan zaman arxa kameralar görünmür. Ekran üzərində ön kamera üçün heç bir çıxıntı yoxdur. Ola bilsin ki, ön kamera ekranın alt hissəsində yerləşir. Qeyd etmək lazımdır ki, 2020-ci ildə OPPO şirkəti OPPO X 2021 adlı konseptual smartfonu təqdim etmişdi. Lakin həmin smartfon nəticədə satışa çıxmadı. Patentləşdirilmiş bu smartfonun da eyni aqibət ilə qarşılaşıb-qarşılaşmayacağı məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər