OPPO Reno 11-in bəzi özəllikləri AnTuTu testləri sayəsində təsdiqlənib
Cihazlar+
17.11.2023
Emil Nəcəfov
OPPO şirkəti 23 noyabr tarixində OPPO Reno 11 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya OPPO Reno 11 və Reno 11 Pro modelləri daxil olmalıdırlar. İndi isə məlum olub ki, adi OPPO Reno 11 modeli AnTuTu testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi texniki göstəriciləri məlum olub. Beləliklə AnTuTu testləri sayəsində məlum olub ki, OPPO Reno 11 smartfonu MediaTek şirkətinin yaxın günlərdə təqdim edəcəyi Dimensity 8300 prosessoru vasitəsilə çalışacaq.
AnTuTu testlərindən smartfonun 12 GB RAM-a və 512 GB daxili yaddaşa sahib versiyası keçib. Bununla yanaşı AnTuTu onu təsdiqləyib ki, OPPO Reno 11 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı, LPDDR5 standartlı RAM yaddaşını, UFS 4.0 standartlı daxili yaddaş həcmini və Android 14 əməliyyat sistemini əldə edəcək. Smartfon AnTuTu testləri nəticəsində ümumilikdə 1 033 340 xal toplayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OPPO Pad Air 2 planşetinin təqdimatı anons edilib
OPPO Pad Air 2 planşetinin təqdimatı anons edilib
Artıq məlumdur ki, OPPO şirkəti 23 noyabr tarixində Reno 11 smartfon seriyasını təqdim edəcək.
OPPO Find X7-nin texniki göstəriciləri AnTuTu testləri sayəsində təsdiqlənib
OPPO Find X7-nin texniki göstəriciləri AnTuTu testləri sayəsində təsdiqlənib
OPPO şirkətinin hazırladığı OPPO Find X7 flaqman smartfonunun AnTuTu testlərindən keçdiyi məlum olub.
OPPO Reno 11 smartfon seriyasının təqdimatı anons edilib
OPPO Reno 11 smartfon seriyasının təqdimatı anons edilib
OPPO şirkəti yeni smartfon seriyasının təqdimatını anons edib.
OPPO Find X7 Pro+ smartfonunun kameralarından biri unikal olacaq
OPPO Find X7 Pro+ smartfonunun kameralarından biri unikal olacaq
OPPO şirkəti hal hazırda aktiv şəkildə OPPO Find X7 flaqman smartfon seriyasının təqdimatına hazırlaşır.
OPPO Find X7 smartfonları peyk rabitəsi dəstəyini əldə edəcəklər
OPPO Find X7 smartfonları peyk rabitəsi dəstəyini əldə edəcəklər
Hal hazırda peyk rabitəsi funksiyasını az sayda smartfon dəstəkləyir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!