main-post-cover

    OPPO Reno 12 Pro qlobal bazarda təqdimata hazırlaşır

    Cihazlar+
    07.06.2024
    Emil Nəcəfov
         OPPO şirkəti keçən ay Çində OPPO Reno 12 smartfon seiryasını təqdim etdi. Bu seriyaya adi OPPO Reno 12 ilə yanaşı həmçinin Reno 12 Pro da daxil oldu. İndi isə görünür, şirkət OPPO Reno 12 Pro modelinin qlobal versiyasını təqdim etməyə hazırlaşır. Belə ki, Avropanın internet mağazalarından birində OPPO Reno 12 Pro smartfonunun texniki imkanları və satış qiyməti ortaya çıxıblar. Fotolardan da görmək olar ki, OPPO Reno 12 Pro xarici görünüşcə Çində satılan versiyadan heç də fərqlənməyəcək.
         Lakin Çində satılan versiyanın MediaTek Dimensity 9200 Plus prosessoru vasitəsilə çalışdığı halda qlobal versiya Dimensity 7300 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı qlobal versiyanın 50 MP-lik əsas arxa kamerasının tərkibində fərqli kamera sensorundan istifadə ediləcək. Söhbət, Sony IMX882-dən gedir. Çində satılan OPPO Reno 12 Pro-nun 50 MP-lik əsas arxa kamerasında isə Sony IMX890 kamera sensorundan istifadə edilir. Digər texniki göstəricilər olduğu kimi qalmalıdırlar. Məlumata əsasən OPPO Reno 12 Pro-nun 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyası 580 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
    apple-dan-sonra-oppo-da-oz-telefonlarina-suni-intellekt-elave-edecek
    Hələ təqdim edilməmiş OPPO Find X8 Ultra-nın kameraları barəsində məlumatlar verilib
    hele-teqdim-edilmemis-oppo-find-x8-ultra-nin-kameralari-baresinde-melumatlar-verilib
    Büdcəli OPPO Pad Air 2 planşeti təqdim edilib - QİYMƏTİ
    budceli-oppo-pad-air-2-planseti-teqdim-edilib-qiymeti
    OPPO Reno 12 və Reno 12 Pro təqdim edilib - QİYMƏTİ
    oppo-reno-12-ve-reno-12-pro-teqdim-edilib-qiymeti
    OPPO şirkəti qatlana bilən OPPO Find N5 smartfonunu hazırlayır
    oppo-sirketi-qatlana-bilen-oppo-find-n5-smartfonunu-hazirlayir