main-post-cover

    OPPO Reno 12 Pro smartfonu barəsində yeni məlumatlar verilib

    Cihazlar+
    01.03.2024
    Emil Nəcəfov
         OPPO şirkəti keçən ilin sonuna yaxın OPPO Reno 11 smartfon seriyasını təqdim etmişdi. İndi isə şirkət onun davamçısı olacaq OPPO Reno 12 smartfon seriyası üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində bu seriyaya daxil olacaq OPPO Reno 12 Pro modeli barəsində məlumatlar verib. İnsayderin sözlərinə əsasən OPPO Reno 12 Pro modeli 1.5K keyfiyyətli ekranı əldə edəcək və MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 50 MP + 50 MP ikili arxa kameranı, 50 MP-lik ön kameranı və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. OPPO Reno 12 smartfon seriyasının bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO F25 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    oppo-f25-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Air Glass 3 adlı yeni konseptual AR eynək təqdim edilib
    oppo-air-glass-3-adli-yeni-konseptual-ar-eynek-teqdim-edilib
    OPPO Watch X smart saatı təqdimata hazırlaşır
    oppo-watch-x-smart-saati-teqdimata-hazirlasir
    OPPO artıq Find X8 flaqman smartfon seriyası üzərində çalışmağa başlayıb
    oppo-artiq-find-x8-flaqman-smartfon-seriyasi-uzerinde-calismaga-baslayib
    Yaxın zamanda Android 14-ü əldə edəcək OPPO smartfonlarının siyahısı təqdim edilib
    yaxin-zamanda-android-14-u-elde-edecek-oppo-smartfonlarinin-siyahisi-teqdim-edilib