
OPPO Reno 12 smartfon seriyasının təqdimatı anons edilib
Cihazlar+
15.05.2024
Emil
Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra OPPO şirkəti sonunda OPPO Reno 12 smartfon seriyasının təqdimatını anons edib. Beləliklə şirkətin rəsmi anonsuna əsasən sözügedən smartfon seriyası 23 may tarixində Çində təqdim olunacaq. Son məlumatlara əsasən bu seriyaya minimum iki model daxil olacaq. OPPO Reno 12 və Reno 12 Pro. Bəzi məlumatlara əsasən adi OPPO Reno 12 modeli bir neçə gün bundan öncə təqdim edilmiş MediaTek Dimensity 8250 prosessoru vasitəsilə çalışacaq. OPPO Reno 12 Pro-ya gəldikdə isə onun MediaTek Dimensity 9200 Plus prosessoru vasitəsilə çalışacağı güman edilir. Bununla yanaşı OPPO Reno 12 Pro-nun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, 50 MP-lik əsas arxa kameranı və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
