main-post-cover

    OPPO Reno 12 və Reno 12 Pro smartfonlarının dizaynları rəsmi şəkildə sərgilənib

    Cihazlar+
    16.05.2024
    Emil Nəcəfov
         Dünən OPPO şirkəti OPPO Reno 12 smartfon seriyasının təqdimatını anons etdi. Sözügedən smartfon seriyası 23 may tarixində təqdim ediləcək. Gözləntilərə əsasən bu seriyaya minimum iki model daxil olacaq. OPPO Reno 12Reno 12 Pro. Lakin şirkət təqdimat tədbirini gözləmədən sözügedən smartfonların xarici görünüşlərini sərgiləyib. Bununla yanaşı insayderlər də OPPO Reno 12 Pro-nun fotosunu təqdim ediblər. OPPO tərəfindən təqdim edilmiş fotolarda smartfonların yalnız arxa panelləri əks olunduqları halda, insayderlər tərəfindən təqdim edilmiş OPPO Reno 12 Pro fotosunda isə smartfonun həm arxa həm də ön paneli əks olunub. Fotolardan da görmək olar ki, OPPO Reno 12 smartfonları xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər.
         Onlar yastı gövdəni və ekranı, arxa paneldə düzbucaq formalı kamera sahəsini və qradient gövdə rənglərini əldə edəcəklər. İnsayderlərin sözlərinə əsasən OPPO Reno 12 Pro-nun gövdəsi metal materialdan hazırlanıb. Son məlumatlara əsasən adi OPPO Reno 12 modeli MediaTek Dimensity 8250 prosessoru vasitəsilə çalışacaq. OPPO Reno 12 Pro-ya gəldikdə isə onun MediaTek Dimensity 9200 Plus prosessoru vasitəsilə çalışacağı güman edilir. Bununla yanaşı OPPO Reno 12 Pro-nun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı, 50 MP-lik əsas arxa kameranı və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Reno 12 smartfon seriyasının təqdimatı anons edilib
    oppo-reno-12-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    OPPO yaxın zamanda çoxlu sayda müxtəlif yeni cihazını təqdim edəcək
    oppo-yaxin-zamanda-coxlu-sayda-muxtelif-yeni-cihazini-teqdim-edecek
    Honor Çinin smartfon bazarının liderinə çevrilib
    honor-cinin-smartfon-bazarinin-liderine-cevrilib
    Qlobal bazarda OPPO A60 smartfonu təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-oppo-a60-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO Pad 3 planşeti flaqman texniki imkanlara sahib olacaq
    oppo-pad-3-planseti-flaqman-texniki-imkanlara-sahib-olacaq