main-post-cover

    OPPO Reno 12 və Reno 12 Pro təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.05.2024
    Emil Nəcəfov
         OPPO şirkəti daha öncə də söz verdiyi kimi OPPO Reno 12 smartfon seriyasını təqdim edib. Təqdim edilmiş bu yeni smartfon seriyasına iki model daxil olub. OPPO Reno 12 və Reno 12 Pro. Bu smartfonlar həm xarici görünüşcə həm də əksər texniki göstəricilər baxımından bir-birilərinə bənzəyirlər. Onlar öz aralarında yalnız prosessor ilə fərqlənirlər. Beləliklə həm OPPO Reno 12 həm də Reno 12 Pro 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunub. Ekranların maksimal parlaqlıq səviyyələri 1200 nit təşkil edir.
         Hər iki smartfonun ekranı Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonların gövdələri IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər. Adi OPPO Reno 12 modeli mono səsgücləndiricini, OPPO Reno 12 Pro modeli isə stereo səsgücləndiriciləri əldə edib. OPPO Reno 12 modeli MediaTek Dimensity 8250 prosessoru, Reno 12 Pro modeli isə Dimensity 9200 Plus prosessoru vasitəsilə çalışır.
         Hər iki smartfon özündə 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda sözügedən smartfonlar 50 MP + 50 MP + 8 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı əldə ediblər. Batareya da bu smartfonlarda eynidir. Söhbət, 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyadan gedir. Smartfonlar qutudan Android 14 vasitəsilə çalışırlar. OPPO Reno 12 smartfonları 31 may tarixində Çində satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Reno 12 - 372$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib OPPO Reno 12 - 413$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Reno 12 - 413$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib OPPO Reno 12 - 441$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib OPPO Reno 12 Pro - 469$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib OPPO Reno 12 Pro - 520$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib OPPO Reno 12 Pro - 562$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO şirkəti qatlana bilən OPPO Find N5 smartfonunu hazırlayır
    oppo-sirketi-qatlana-bilen-oppo-find-n5-smartfonunu-hazirlayir
    OPPO Reno 12 smartfonları reklam videosunda əks olunublar (VİDEO)
    oppo-reno-12-smartfonlari-reklam-videosunda-eks-olunublar-video
    OPPO Reno 12 və Reno 12 Pro smartfonlarının dizaynları rəsmi şəkildə sərgilənib
    oppo-reno-12-ve-reno-12-pro-smartfonlarinin-dizaynlari-resmi-sekilde-sergilenib
    OPPO Reno 12 smartfon seriyasının təqdimatı anons edilib
    oppo-reno-12-smartfon-seriyasinin-teqdimati-anons-edilib
    OPPO yaxın zamanda çoxlu sayda müxtəlif yeni cihazını təqdim edəcək
    oppo-yaxin-zamanda-coxlu-sayda-muxtelif-yeni-cihazini-teqdim-edecek