
OPPO Reno 13 smartfonlarının əks olunduqları real foto ortaya çıxıb
Cihazlar+
15.11.2024
Emil
OPPO şirkəti OPPO Reno 13 smartfonlarını 25 noyabr tarixində təqdim edəcək. Qeyd etmək lazımdır ki, OPPO Reno 13 seriyasına iki model daxil olacaq. OPPO Reno 13 və Reno 13 Pro. Təqdimata az müddət qalmış sözügedən smartfonların əks olunduqları real foto ortaya çıxıb. Ortaya çıxmış fotoda hər iki smartfonun arxa paneli əks olunub. Fotodan da görmək olar ki, bu smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər.

Onların arxa panellərində düzbucaq formalı kamera sahəsi yerləşəcək. Hər iki smartfon özündə 3 ədəd arxa kameranı birləşdirəcək. Son məlumat sızıntılarına əsasən adi OPPO Reno 13 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.59 düym ölçülü ekranı əldə edəcək və MediaTek-in bilinməyən prosessoru vasitəsilə çalışacaq. OPPO Reno 13 Pro modelinə gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.83 düym ölçülü ekranı əldə etməli və MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışmalıdır.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
