
OPPO Reno 13 smartfonlarının nə zaman təqdim olunacaqları açıqlanıb
Cihazlar+
05.11.2024
Emil
OPPO şirkəti Reno 13 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində OPPO Reno 13 smartfonlarının nə zaman təqdim olunacaqlarını açıqlayıb. Qeyd etmək lazımdır ki, sözügedən seriyaya minimum iki model daxil olacaq. OPPO Reno 13 və Reno 13 Pro. Beləliklə insayderin sözlərinə əsasən OPPO Reno 13 smartfonları 25 noyabr tarixində Çində təqdim olunacaqlar.
Smartfonlar ilk növbədə Çində satışa çıxacaqlar. Müəyyən müddətdən sonra isə şirkət onların qlobal versiyalarını da təqdim edəcək. Son məlumat sızıntılarına əsasən OPPO Reno 13 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.78 düym ölçülü OLED ekranla təchiz olunacaq və MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 50 MP-lik ön kameranı və 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini birləşdirməlidir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
