
OPPO Reno 13 və Reno 13 Pro smartfonlarının hansı prosessoru əldə edəcəkləri açıqlanıb
Cihazlar+
18.11.2024
Emil
OPPO 25 noyabr tarixində OPPO Reno 13 və Reno 13 Pro smartfonlarını təqdim edəcək. İndi isə insayderlər sözügedən smartfonların hansı prosessoru əldə edəcəklərini açıqlayıblar. Beləliklə onların sözlərinə əsasən hər iki smartfon MediaTek Dimensity 8300 prosessoru vasitəsilə çalışacaq.
Qeyd etmək lazımdır ki, adi OPPO Reno 13 modeli 6.59 düym ölçülü ekranı, OPPO Reno 13 Pro modeli isə 6.78 düym ölçülü ekranı əldə etməlidir. Bundan əlavə olaraq OPPO Reno 13-ün 5600 mAh enerji tutumlu batareyanı, OPPO Reno 13 Pro-nun isə 5900 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir. Onu da əlavə etmək lazımdır ki, 25 noyabr tarixində şirkət OPPO Reno 13 smartfonları ilə yanaşı üstəlik OPPO Pad 3 planşetini də təqdim edəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
