Logo
    main-post-cover

    OPPO şirkəti 3 qat qatlana bilən smartfon üzərində çalışır

    Cihazlar+
    29.08.2024
    Emil
         Artıq məlumdur ki, Huawei şirkəti 3 qat qatlana bilən smartfonunu təqdim etməyə hazırlaşır. Bu həftənin əvvəlində isə məlumat ortaya çıxdı ki, belə bir smartfon üzərində həmçinin Xiaomi şirkəti də çalışır. İndi isə məlum olub ki, bu şirkətlərdən əlavə olaraq 3 qat qatlana bilən smartfonunu OPPO şirkəti də hazırlayır. Belə ki, OPPO-nun top menecerlərindən biri Çinin Weibo adlı sosial şəbəkəsində 3 qat qatlanma mexanizminə sahib smartfonun prototipinin render fotosunu təqdim edib.
         Bu isə o deməkdir ki, şirkət belə bir smartfon üzərində artıq aktiv şəkildə çalışır. Təqdim edilmiş render fotoya əsasən OPPO-nun 3 qat qatlana bilən smartfonunun gövdəsi 3 hissədən təşkil ediləcək və onlar qatlanma özəlliyinə sahib olacaqlar. Məlumata əsasən OPPO-nun bu smartfonunda qatlanma prosesi iki ədəd şarnir konstruksiyası hesabına reallaşdırılacaq. OPPO-nun bu qeyri-adi qatlana bilən smartfonunun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş