Logo
    main-post-cover

    OPPO şirkəti OPPO Pad 3 planşeti üzərində çalışır

    Cihazlar+
    15.03.2024
    Emil
         Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən OPPO şirkəti OPPO Pad 3 planşeti üzərində çalışır. İnsayderin sözlərinə əsasən şirkət hal-hazırda sözügedən yeni planşetin iki versiyasını test edir. Birinci versiya Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə, ikinci versiya isə MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışır. Məlumatda qeyd edilib ki, OPPO bu planşetin hansı versiyasını satışa çıxartmaq məsələsində hələ ki, yekun qərar verməyib. Lakin çox güman ki, planşetin Qualcomm prosessoru vasitəsilə çalışan versiyasına üstünlük veriləcək. OPPO Pad 3-ün yaz fəslinin sonunda və ya yay fəslinin əvvəlində təqdim olunacağı gözlənilir.
    Paylaş