Logo
    main-post-cover

    Orta büdcəli AOC CQ27G4ZH gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.02.2025
    Emil
         AOC şirkəti orta büdcəli yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni gaming monitoru AOC CQ27G4ZH adlanır. Beləliklə sözügedən yeni monitor 300 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü VA ekranla təchiz olunub. Ekran 8 bit-lik rəngləri və HDR-ı dəstəkləyir. Ekran 1.07 milyard rəng çalarını əks etdirə bilir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.3 millisaniyə təşkil edir. Monitor özündə Flicker-Free və Low Blue Light texnologiyalarının dəstəklərini birləşdirir. Bu texnologiyalar monitordan uzunmüddətli istifadə zamanı istifadəçi gözlərinə olan yüklənmə dərəcəsini aşağı salmaq üçün nəzərdə tutulub. Monitor DisplayPort 1.4, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC CQ27G4ZH artıq satışa çıxıb və onun qiyməti 280$ təşkil edir.
    Paylaş