Logo
    main-post-cover

    Orta büdcəli AOC Gaming U27G4R monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.05.2025
    Emil
         AOC şirkəti orta büdcəli yeni gaming monitorunu təqdim edib. Şirkətin bu yeni gaming monitoru AOC Gaming U27G4R adlanır. Beləliklə sözügedən monitor iki rejimdə çalışa bilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi və Ultra HD görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin olunur. Monitorun özü isə 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 124.7%-ni, DCI-P3 rəng diapazonunun isə 95.9%-ni əhatə edir. Monitor HDMI 2.1, DisplayPort 1.4 USB 3.1 girişlərini əldə edib. AOC Gaming U27G4R artıq satışa çıxıb və onun qiyməti 400$ təşkil edir.
    Paylaş