
Orta büdcəli AOC Q27G4Z gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
05.05.2025
Emil
AOC şirkəti öz yeni orta büdcəli gaming monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru AOC Q27G4Z adlanır. Beləliklə bu yeni monitor 260 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 97%-ni əhatə edir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. AOC Q27G4Z artıq Çində satışa çıxıb və onun qiyməti 178$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Samsung qlobal smartfon bazarındakı liderliyini geri qaytarıb
