Logo
    main-post-cover

    Orta büdcəli AOC U27V10R monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.06.2024
    Emil
         AOC şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC U27V10R adlanır. Beləliklə şirkətin bu yeni monitoru 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym ölçülü IPS LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB-A 3.2 Gen 1, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları da şarj etmək olar. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. AOC U27V10R artıq Çində satışa çıxıb və onun qiyməti 242$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş