main-post-cover

    Orta büdcəli Google Pixel 7a-nın keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    30.11.2022
    Farid Pardashunas
        OnLeaks ləqəbli məşhur insayder Google şirkətinin növbəti orta büdcəli Pixel smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Söhbət, Pixel 7a smartfonundan gedir. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Pixel 7a modeli xarici görünüşcə Pixel 7-yə bənzəyəcək. Smartfon yastı ekran, ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı və arxa paneldə kamera obyektivlərinin yerləşəcəkləri zolaq formalı sahə əldə edəcək.
        Zolaq formalı həmin sahədə iki ədəd kamera obyektivi və LED işıqlandırma mövcud olacaq. Digər texniki göstəricilərə gəldikdə isə Pixel 7a smartfonu yüksək təsvir yenilənməsinə sahib OLED ekran, Google şirkətinin Tensor G2 adlı prosessoru, 50 MP-lik əsas arxa kamera və sürətli şarj texnologiyasının dəstəyinə sahib batareya ilə təchiz olunacaq. Pixel 7a-nın nə zaman təqdim ediləcəyi barəsində hələ məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, smartfon 2023-cü ilin yaz fəslində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər