Logo
    main-post-cover

    Orta büdcəli Honor Play 70 Plus smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.08.2025
    Emil
         Honor şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor Play 70 Plus-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və olduqca böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor Play 70 Plus smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1610x720 piksel keyfiyyətli 6.77 düym ölçülü TFT ekranla təchiz olunub. Smartfonun gövdəsi IP65 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Play 70 Plus özündə 50 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play 70 Plus yaxın günlərdə Çində satışa çıxacaq və onun qiyməti 166$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş