main-post-cover

    Orta büdcəli Honor X50i smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.04.2023
    Farid Pardashunas
        Honor şirkəti orta büdcəli Honor X50i smartfonunu təqdim edib. Sözügedən yeni smartfon performanslı prosessoru və yüksək tezlikli təsvir yenilənməsinə sahib ekranı ilə seçilir. Beləliklə Honor X50i smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2388x1080 piksel keyfiyyətli 6.73 düym IPS ekran ilə təchi zolunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərəd tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Qeyd etmək lazımdır ki, Honor X50i kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipinə sahib deyil.
        Lakin smartfon özündə naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Dimensity 6020 prosessoru, 8/12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 100 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X50i MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon artıq Çin bazarında satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı məlum deyil. Smartfonun 8 GB RAM-a sahib versiyası Çin bazarında 217$-a, 12 GB RAM-a sahib versiyası isə 247$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər