Logo
    main-post-cover

    Orta büdcəli Honor X70 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    15.07.2025
    Emil
         Honor şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X70 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 8000 mAh-dan böyük ölçülü batareyanı əldə edib. Beləliklə Honor X70 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1200 piksel keyfiyyətli 6.79 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 6000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP69K/IP69/IP68/IP66 standartları üzrə qorunur. Bu isə mobil cihazlar bazarında ən yüksək qorunma imkanlarından biridir. Honor bildirib ki, bu yeni smartfon 2.5 metr hündürlükdən düşüşə və sərt səth üzərinə 10 dəfədən çox düşüşə tab gətirə bilir. Smartfon Snapdragon 6 Gen 4 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda Honor X70 5G özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 8300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyası üstəlik 80 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Honor X70 5G 18 iyul tarixində Çində satışa çıxacaq və onun qiyməti 195$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş