main-post-cover

    Orta büdcəli Honor X9b smartfonu təqdim edilib

    Cihazlar+
    19.10.2023
    Emil Nəcəfov
         Honor şirkəti Honor X9b adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Sözügedən yeni smartfon bir neçə müddət bundan öncə Çində satışa çıxmış Honor X50-nin qlobal versiyasıdır. Honor X9b öz təkmilləşdirilmiş kameraları və böyük həcmli batareyası ilə fərqlənir. Beləliklə bu yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2652x1200 piksel keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
         Üstəlik ekran xüsusi qoruyucu örtük ilə əhatə olunub. Honor X9b özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 6 Gen 1 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi, 108 MP + 5 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 35 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X9b smartfonu Android 13 vasitəsilə çalışır. Smartfonun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatlar daha sonra təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor X9b smartfonunun render fotosu və texniki göstəriciləri təqdim edilib
    honor-x9b-smartfonunun-render-fotosu-ve-texniki-gostericileri-teqdim-edilib
    Honor Play 8T smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-play-8t-smartfonu-teqdim-edilib-qiymeti
    Yenilənmiş Honor X50 GT-nin texniki göstəriciləri ortaya çıxıb
    yenilenmis-honor-x50-gt-nin-texniki-gostericileri-ortaya-cixib
    Daha bir yeni Honor Play smartfonunun təqdimatı anons edilib
    daha-bir-yeni-honor-play-smartfonunun-teqdimati-anons-edilib
    Qatlana bilən Honor Magic Vs 2 smartfonunun təqdimatı anons edilib
    qatlana-bilen-honor-magic-vs-2-smartfonunun-teqdimati-anons-edilib