Logo
    main-post-cover

    Orta büdcəli Honor X9d 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.09.2025
    Emil
         Honor şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Honor X9d 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu, böyük həcmli batareyanı və dözümlü gövdəni əldə edib. Beləliklə Honor X9d 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2640x1200 piksel keyfiyyətli 6.79 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 6000 nit təşkil edir. Smartfonun gövdəsi IP66/68/69K standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Üstəlik onun gövdəsi SGS Triple-Resistance Premium Performance sertifikatına sahibdir. Bu isə o deməkdir ki, smartfon 2.5 metrə qədər hündürlükdən düşüşlərə dözümlüdür. Smartfon Snapdragon 6 Gen 4 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor X9d 5G özündə 108 MP + 5 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 66 vatt gücündə sürətli şarj texnologiyalı 8300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor X9d 5G artıq satışa çıxıb və onun qiyməti 350$-dan start götürür.
    Paylaş