
Orta büdcəli Huawei Enjoy 80 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.04.2025
Emil
Huawei şirkəti Enjoy 80 adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Şirkətin bu yeni orta büdcəli smartfonu böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Huawei Enjoy 80 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1604x720 piksel keyfiyyətli 6.67 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı Huawei Enjoy 80-nin gövdəsi IP64 standartı üzrə tozdan və su damcılarından qorunma özəlliyinə sahibdir.

Şirkət smartfonun hansı prosessor vasitəsilə çalışdığını açıqlamayıb. Lakin çox güman ki, prosessor qismində Kirin 710A istifadə edilir. Smartfon 8 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Huawei Enjoy 80 özündə 50 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 40 vatt gücündə sürətli şarj texnologiyalı 6620 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei Enjoy 80 smartfonu 26 aprel tarixində Çində satışa çıxacaq və onun qiyməti 167$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Mənbə: GSMarena
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
