Logo
    main-post-cover

    Orta büdcəli Huawei nova 14i smartfonu təqdim edilib

    Cihazlar+
    01.10.2025
    Emil
         Huawei şirkəti qlobal bazarda yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Huawei nova 14i-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Huawei nova 14i smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 2376x1080 piksel keyfiyyətli 6.95 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfon Snapdragon 680 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Huawei nova 14i özündə 50 MP + 2 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 22.50 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Huawei nova 14i smartfonunun nə zaman və hansı qiymətə satışa çıxacağı hələ açıqlanmayıb.
    Paylaş