Logo
    main-post-cover

    Orta büdcəli Moto G15-in render fotosu və texniki imkanları təqdim edilib

    Cihazlar+
    10.12.2024
    Emil
         Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Motorola şirkəti Moto G15 adlı yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. 91mobiles saytı öz növbəsində təqdimata hazırlaşan bu smartfonun render fotosunu və texniki imkanları barəsində məlumatları təqdim edib. Beləliklə təqdim edilmiş fotolara əsasən Moto G15 smartfonu yastı gövdə dizaynını əldə edəcək və onun arxa panelinin yuxarı sol hissəsində kvadrat formalı kamera sahəsi yerləşəcək.
         Məlumatda qeyd edilib ki, bu yeni smartfon 2400x1080 piksel keyfiyyətli 6.72 düym ölçülü IPS ekranla təchiz olunacaq və ekran üstəlik Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon MediaTek Helio G81 Extreme prosessoru vasitəsilə çalışacaq və 8 GB-a kimi RAM ilə 256 GB-a kimi daxili yaddaş həcmini əldə edəcək. Kameralar mövzusunda Moto G15 özündə 50 MP + 5 MP ikili arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirməlidir. Batareyaya gəldikdə isə smartfon 18 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyaya sahib olacaq.
    Paylaş