Logo
    main-post-cover

    Orta büdcəli Moto G56 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.05.2025
    Emil
         Motorola şirkəti Moto G seriyasının yeni orta büdcəli modelini təqdim edib. Söhbət, Moto G56 5G-dən gedir. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib. Beləliklə Moto G56 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.72 düym ölçülü IPS ekranla təchiz olunub. Ekran Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7060 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon Moto G56 5G özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 30 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G56 5G artıq satışa çıxıb və onun qiyməti 250 avro təşkil edir.
    Paylaş