Logo
    main-post-cover

    Orta büdcəli Moto G85 smartfonunun əsas texniki imkanları məlum olub

    Cihazlar+
    13.06.2024
    Emil
         Motorola şirkəti hal-hazırda yeni orta büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Moto G85-dən gedir. İndi isə Çinin TENAA adlı sertifikatlaşdırma agentliyi sayəsində sözügedən smartfonun əsas texniki imkanları məlum olub. Beləliklə TENAA-nın məlumatlar bazasına əsasən Moto G85 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym ölçülü pOLED ekranla təchiz olunacaq.
         Smartfon 8/12/16/18 GB RAM-ı və 128/256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edəcək. Məlumatlarda həmçinin qeyd edilib ki, Moto G85 üçlü arxa kameraya sahib olacaq. Əsas arxa kamera 50 MP-lik, ultra geniş bucaqlı kamera isə 8 MP-lik olacaq. Üstəlik smartfon özündə 32 MP-lik ön kameranı birləşdirəcək. Batareyaya gəldikdə isə smartfon 4850 mAh enerji tutumlu batareyanı əldə etməlidir. Məlumatlarda Moto G85-in hansı prosessor vasitəsilə çalışacağı qeyd edilməsə də, gözləntilərə əsasən bu, Snapdragon 6s Gen 3 olacaq.
    Paylaş