Logo
    main-post-cover

    Orta büdcəli Moto G86 Power 5G təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.07.2025
    Emil
         Motorola şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Moto G86 Power 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Moto G86 Power 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir və o, Gorilla Glass 7i qoruyucu şüşəsi ilə əhatə olunub. Üstəlik smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir və MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir.
         Smartfon MediaTek Dimensity 7400 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Moto G86 Power 5G özündə 50 MP + 8 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 6720 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Moto G86 Power 5G 6 avqust tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 205$ təşkil edəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş