Logo
    main-post-cover

    Orta büdcəli Motorola Edge 60 STYLUS smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    15.04.2025
    Emil
         Motorola şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Motorola Edge 60 STYLUS-dan gedir. Bu yeni smartfon böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib. Beləliklə Motorola Edge 60 STYLUS smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.7 düym ölçülü pOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir və Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Motorola Edge 60 STYLUS-un gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir.
         Smartfon Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon özündə 50 MP + 13 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Motorola Edge 60 STYLUS 68 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Motorola Edge 60 STYLUS 23 aprel tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 256$ təşkil edəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş