Orta büdcəli OnePlus Nord 2 barəsində yeni məlumatlar verilib
Cihazlar+
04.03.2021
Farid Pardashunas
İnsayderlərin verdikləri məlumata əsasən OnePlus şirkəti yeni flaqman smartfonları təqdim etməklə yanaşı həmçinin orta büdcəli smartfonlar seriyasını da genişləndirməyi planlaşdırır. Beləliklə insayderlər OnePlus Nord 2 smartfonunun hansı prosessor ilə təchiz olunacağı və güman olunan təqdimat tarixi barəsində məlumatlar veriblər. Məlumata əsasən smartfon MediaTek Dimensity 1200 flaqman prosessoruna sahib olacaq.
Bu prosessorun arxitekturasına 3.0 GHz tezlikdə çalışan 1 ədəd Cortex-A78 supernüvəsi, 2.6 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsi, 2.0 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A55 nüvəsi və Mali-G77 qrafik çipi daxildir. Məlumata əsasən birinci OnePlus Nord modeli Hindistanda ən çox satılmış orta büdcəli smartfonlardan biri olub. Gözləntilərə əsasən OnePlus Nord 2 bu ilin ikinci rübündə təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)