main-post-cover

    Orta büdcəli POCO X5 və X5 Pro təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.02.2023
    Farid Pardashunas
        POCO brendi orta büdcəli POCO X5 X5 Pro smartfonlarını təqdim edib. Təqdim edilmiş smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Bununla belə onlar öz aralarında prosessor modeli, kameralar və dəstəklənən sürətli şarj texnologiyasının gücü ilə fərqlənirlər. Beləliklə hər iki smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym AMOLED ekran ilə təchiz olunub. Adi POCO X5 modelinin ekranı Gorilla Glass 3, POCO X5 Pro-nun ekranı isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə edilib. Barmaq izi skanı texnologiyası hər iki smartfonda yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Onu da qeyd etmək lazımdır ki, smartfonların gövdələri IP53 standartı üzrə sudan qorunurlar.
        POCO X5 modeli özündə mono səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişi, POCO X5 Pro isə özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və eləcə də 3.5 mm-lik audiogirişi birləşdirir. Hər iki smartfon kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipə sahibdir. Əsas texniki özəlliklərə keçid etməzdən öncə qeyd etmək lazımdır ki, həm POCO X5 həm də POCO X5 Pro 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. İndi isə keçək smartfonlar arasındakı əsas fərqlərə. POCO X5 modeli Snapdragon 695 prosessoru, POCO X5 Pro isə Snapdragon 778G prosessoru vasitəsilə çalışır.
        POCO X5 modeli 48 MP (f/1.8 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 118 dərəcə bucaq əhatəsi) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. POCO X5 Pro-ya gəldikdə isə o, 108 MP (f/1.9 diafraqma) + 8 MP (120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Əvvəldə də qeyd edildiyi bu smartfonlar öz aralarında həmçinin dəstəklənən sürətli şarj texnologiyasının gücü baxımından da bir-birilərindən fərqlənirlər. Belə ki, POCO X5 modeli 33 vatt gücündə, POCO X5 Pro modeli isə 67 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Smartfonlar regionlardan fərqli olaraq müxtəlif zamanlarda satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib POCO X5 - 249$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib POCO X5 - 299$
    - 6 GB RAM-a və 128 GB yaddaşa sahib POCO X5 Pro - 299$
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib POCO X5 Pro - 349$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər