Logo
    main-post-cover

    Orta büdcəli REDMI 15 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.08.2025
    Emil
         Xiaomi-nin REDMI brendi orta büdcəli REDMI 15 5G smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI 15 5G smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.9 düym ölçülü IPS LCD ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI 15 5G özündə 50 MP-lik əsas arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI 15 5G artıq satışa çıxıb və onun qiyməti 170$ təşkil edir.
    Paylaş