Logo
    main-post-cover

    Orta büdcəli REDMI 15R 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.09.2025
    Emil
         Xiaomi-nin REDMI brendi öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, REDMI 15R 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə REDMI 15R 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.9 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 810 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir.
         Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 4/6/8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda REDMI 15R 5G özündə 13 MP-lik əsas arxa kameranı birləşdirir. Digər kameralar barəsində ətraflı məlumat verilməyib. Batareyaya gəldikdə isə smartfon 33 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. REDMI 15R 5G artıq Çində satışa çıxıb və onun qiyməti 154$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş