Logo
    main-post-cover

    Orta büdcəli Samsung Galaxy M17 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.10.2025
    Emil
         Samsung şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M17 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Exynos prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə Galaxy M17 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1100 nit təşkil edir. Üstəlik ekran Corning Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. Onun gövdəsi isə IP54 standartı üzrə tozdan və nəmişlikdən qorunur.
         Smartfon Exynos 1330 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128 GB (2 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy M17 5G özündə 50 MP + 5 MP + 2 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy M17 5G yaxın günlərdə Hindistanda satışa çıxacaq və onun qiyməti 141$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş