
Orta büdcəli Samsung Galaxy Tab A11 planşeti təqdim edilib - QİYMƏTİ
Samsung şirkəti Galaxy Tab A11 adlı yeni orta büdcəli planşetini təqdim edib. Bu yeni planşet kompakt ölçülü ekranı, MediaTek Helio prosessorunu və orta ölçülü batareyanı əldə edib. Beləliklə Galaxy Tab A11 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 8.7 düym ölçülü LCD ekranla təchiz olunub. Planşet MediaTek Helio G99 prosessoru vasitəsilə çalışır və 4/8 GB RAM ilə 64/128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy Tab A11 planşeti özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 15 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy Tab A11 planşeti Hindistanda satışa çıxıb və onun qiyməti 146$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş