Logo
    main-post-cover

    Orta büdcəli Sony Xperia 10 V smartfonunun keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    27.02.2023
    Emil
        Sony şirkəti hal hazırda Xperia 1 V flaqman smartfonu ilə yanaşı həmçinin Xperia 10 V adlı orta büdcəli smartfon üzərində də çalışır. OneLeaks ləqəbli məşhur insayder isə Xperia 10 V-nin keyfiyyətli fotolarını və oun barəsində bəzi məlumatları təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, yeni orta büdcəli smartfon Xperia seriyasına xas olan dizaynı əldə edəcək. Xperia 10 V geniş formatlı ekran ilə təchiz olunacaq. Ekran üzərində isə heç bir çıxıntı hissə olmayacaq. Ön kamera ön panelin yuxarı hissəsindəki nazik çərçivə daxilində yerləşəcək.
        Smartfonun kənar hissəsində isə səsin tənzimlənməsi düymələri ilə yandırıb/söndürmə düyməsi yerləşəcək. Barmaq izi skanı texnologiyası məhz yandırıb/söndürmə düyməsinə inteqrasiya ediləcək. Arxa paneldən smartfon şaquli şəkildə yerləşdirilmiş kamera sahəsinə sahibdir. Həmin kamera sahəsinin daxilinə isə 3 ədəd kamera obyektivi və LED işıqlandırma yerləşdiriləcək. OnLeaks-in verdiyi məlumata əsasən Xperia 10 V smartfonu 6.1 düym ekran, kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogiriş ilə təchiz olunacaq. Smartfonun nə zaman təqdim olunacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər