
Orta büdcəli Vivo G3 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo G3 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo G3 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.74 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo G3 5G özündə 13 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo G3 5G artıq Çində satışa çıxıb və onun qiyməti 208$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş