main-post-cover

    Orta büdcəli vivo T3 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.08.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo T3 Pro 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon yüksək parlaqlığa sahib böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə vivo T3 Pro 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2932x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Bundan əlavə olaraq smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Vivo T3 Pro 5G smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfona 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya quraşdırılıb. Vivo T3 Pro 5G qutudan Android 14 vasitəsilə çalışır. Şirkət bildirib ki, bu yeni smartfon 2 il ərzində Android dəstəyini, 3 il ərzində isə təhlükəsizlik dəstəyini əldə edəcək. Vivo T3 Pro 5G sentyabr ayının əvvəlində satışa çıxacaq və hələ ki, yalnız Hindistan bazarında satılacaq. Orda smartfonun qiyməti 300$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo X200 smartfon seriyasının təqdimat müddəti açıqlanıb
    vivo-x200-smartfon-seriyasinin-teqdimat-muddeti-aciqlanib
    Məşhur insayder vivo X200 Mini smartfonunun bəzi özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-x200-mini-smartfonunun-bezi-ozelliklerini-aciqlayib
    Vivo X200 Pro daha təkmilləşdirilmiş əsas arxa kameranı əldə edəcək
    vivo-x200-pro-daha-tekmillesdirilmis-esas-arxa-kamerani-elde-edecek
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq
    Vivo V40 və V40 Pro smartfonları təqdim edilib - QİYMƏTİ
    vivo-v40-ve-v40-pro-smartfonlari-teqdim-edilib-qiymeti