Logo
    main-post-cover

    Orta büdcəli vivo V30 smartfonu təqdim edilib

    Cihazlar+
    05.02.2024
    Emil
         Müəyyən müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra vivo şirkəti orta büdcəli vivo V30 smartfonunu təqdim edib. Bu smartfon yüksək parlaqlıq səviyyəsinə sahib ekranı, Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə vivo V30 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2800х1260 piksel keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2800 nit təşkil edir.
         Ekranın kənarları əyilmiş dizaynda hazırlanıb və onun yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşir. Əsas texniki göstəricilərə gəldikdə smartfon Snapdragon 7 Gen 3 prosessoru, 8/12 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 50 MP + 50 MP ikili arxa kamera, 50 MP-lik ön kamera və 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V30-un nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat daha sonra veriləcək.
    Paylaş