Logo
    main-post-cover

    Orta büdcəli vivo V40e smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.09.2024
    Emil
         Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, vivo V40e-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə vivo V40e smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Üstəlik vivo V40e özündə stereo səsgücləndiriciləri birləşdirir.
         Smartfon MediaTek-in 4 nanometrlik Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə vivo V40e 80 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Smartfon 2 oktyabr tarixində Hindistanda satışa çıxacaq. Onun qiyməti isə 345$-dan start götürəcək. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş