Logo
    main-post-cover

    Orta büdcəli Vivo V50 smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    17.02.2025
    Emil
         Vivo şirkəti daha öncə də söz vermiş olduğu kimi Vivo V50 adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Vivo V50 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Ekran Diamond Shield Glass adlı qoruyucu şüşə ilə əhatə olunub və özündə barmaq izi skanı texnologiyasını birləşdirir.
         Üstəlik smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. Vivo V50 smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP (optik stabilizasiyalı) + 50 MP (ultra geniş bucaqlı kamera) ikili arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir.
         Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V50 qutudan Android 15 vasitəsilə çalışır. Şirkət bildirib ki, smartfon 3 il rəzində Android dəstəyini və 4 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Smartfon artıq Hindistanda satışa çıxıb və onun qiyməti 403$-dan start götürür. Çox güman ki, Vivo V50 qlobal bazarda satışa çıxacaq. Lakin böyük ehtimal ilə bu, fərqli ad altında baş tutacaq.
    Mənbə: GSMarena
    Paylaş