Logo
    main-post-cover

    Orta büdcəli Vivo V60e smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    07.10.2025
    Farid
         Vivo şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V60e-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo V60e smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1900 nit təşkil edir. Üstəlik onun gövdəsi IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon MediaTek Dimensity 7360-Turbo prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo V60e özündə 200 MP + 8 MP ikili arxa kameranı və 50 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V60e yaxın günlərdə Hindistanda satışa çıxacaq və onun qiyməti 338$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş