main-post-cover

    Orta büdcəli vivo Y100 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.01.2024
    Emil Nəcəfov
         Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, vivo Y100 5G-dən gedir. Orta büdcəli smartfon olmasına baxmayaraq o, flaqman Snapdragon prosessorunu əldə edib. Beləliklə vivo Y100 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym yastı AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində kiçik dairəvi çıxıntı yerləşdirilib.
         Bu yeni smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirir. Smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareya həcminə gəldikdə isə vivo Y100 5G 80 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edib. Smartfon qutudan Android 14 vasitəsilə çalışır və o artıq satışa çıxıb. 128 GB yaddaşa sahib model 249$-a, 256 GB yaddaşa sahib model isə 268$-a satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Vivo G2 smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-vivo-g2-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo V30 və V30 Pro smartfonları təqdimata hazırlaşırlar
    vivo-v30-ve-v30-pro-smartfonlari-teqdimata-hazirlasirlar
    Vivo X Fold 3 Pro-ya aid olduğu güman edilən batareya həcmi açıqlanıb
    vivo-x-fold-3-pro-ya-aid-oldugu-guman-edilen-batareya-hecmi-aciqlanib
    Vivo X100 Ultra smartfonu barəsində məlumatlar verilib
    vivo-x100-ultra-smartfonu-baresinde-melumatlar-verilib
    Məşhur insayder qatlana bilən vivo X Fold 3 Pro haqqında bəzi yeni məlumatları təqdim edib
    meshur-insayder-qatlana-bilen-vivo-x-fold-3-pro-haqqinda-bezi-yeni-melumatlari-teqdim-edib