main-post-cover

    Orta büdcəli vivo Y28 4G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.06.2024
    Emil Nəcəfov
         Vivo şirkəti öz yeni orta büdcəli smartfonunu təqdim edib. Şirkətin yeni orta büdcəli smartfonu vivo Y28 4G adlanır. Sözügedən smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə vivo Y28 4G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1608x720 piksel keyfiyyətli 6.68 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Üstəlik smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə stereo səsgücləndiriciləri birləşdirir.
         Vivo Y28 4G smartfonu MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda sözügedən smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə o, 44 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Vivo Y28 4G ilk olaraq Sinqapurda satışa çıxıb və onun qiyməti 200$ təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Vivo V40 Lite smartfonunun render fotosu ortaya çıxıb və texniki imkanları təqdim edilib
    vivo-v40-lite-smartfonunun-render-fotosu-ortaya-cixib-ve-texniki-imkanlari-teqdim-edilib
    Vivo V40 smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
    vivo-v40-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib
    Qatlana bilən vivo X Fold 3 Pro smartfonu qlobal bazarda təqdim edilib - QİYMƏTİ
    qatlana-bilen-vivo-x-fold-3-pro-smartfonu-qlobal-bazarda-teqdim-edilib-qiymeti
    Vivo X Fold 3 Pro-nun qlobal versiyasının təqdimatı anons edilib
    vivo-x-fold-3-pro-nun-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Qatlana bilən vivo X Fold 3 Pro qlobal bazarda yaxın həftələrdə təqdim oluna bilər
    qatlana-bilen-vivo-x-fold-3-pro-qlobal-bazarda-yaxin-heftelerde-teqdim-oluna-biler