
Orta büdcəli Vivo Y29t 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
23.06.2025
Emil
Vivo şirkəti Vivo Y29t 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y29t 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.74 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 570 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və üstəlik MIL-STD-810H hərbi standartının tələblərinə cavab verir.

Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y29t 5G özündə 50 MP + 0.08 MP ikili arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y29t 5G artıq Malayziyada satışa çıxıb və onun qiyməti 260$ təşkil edir. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
