main-post-cover

    Orta büdcəli vivo Y300 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.09.2024
    Emil Nəcəfov
         Vivo şirkəti daha bir yeni orta büdcəli smartfonunu təqdim edib. Yeni smartfon vivo Y300 Pro adlanır. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə vivo Y300 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 5000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Vivo Y300 Pro smartfonu Snapdragon 6 Gen 1 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 32 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə vivo Y300 Pro 80 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon artıq Çində satışa çıxıb və onun qiyməti 253$-dan start götürür. Vivo Y300 Pro-nun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli vivo Y37 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-y37-pro-smartfonu-teqdim-edilib-qiymeti
    Orta büdcəli vivo T3 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-t3-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo X200 smartfon seriyasının təqdimat müddəti açıqlanıb
    vivo-x200-smartfon-seriyasinin-teqdimat-muddeti-aciqlanib
    Məşhur insayder vivo X200 Mini smartfonunun bəzi özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-x200-mini-smartfonunun-bezi-ozelliklerini-aciqlayib
    Vivo X200 Pro daha təkmilləşdirilmiş əsas arxa kameranı əldə edəcək
    vivo-x200-pro-daha-tekmillesdirilmis-esas-arxa-kamerani-elde-edecek