main-post-cover

    Orta büdcəli vivo Y37 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.09.2024
    Emil Nəcəfov
         Vivo şirkəti vivo Y smartfon seriyasının yeni orta büdcəli modelini təqdim edib. Yeni orta büdcəli smartfon vivo Y37 Pro adlanır. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə vivo Y37 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib HD keyfiyyətli 6.68 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Üstəlik smartfon özündə stereo səsgücləndiriciləri birləşdirir və onun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Vivo Y37 Pro smartfonu Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y37 Pro artıq Çində satışa çıxıb və onun qiyməti 255$ təşkil edir. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli vivo T3 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-vivo-t3-pro-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Vivo X200 smartfon seriyasının təqdimat müddəti açıqlanıb
    vivo-x200-smartfon-seriyasinin-teqdimat-muddeti-aciqlanib
    Məşhur insayder vivo X200 Mini smartfonunun bəzi özəlliklərini açıqlayıb
    meshur-insayder-vivo-x200-mini-smartfonunun-bezi-ozelliklerini-aciqlayib
    Vivo X200 Pro daha təkmilləşdirilmiş əsas arxa kameranı əldə edəcək
    vivo-x200-pro-daha-tekmillesdirilmis-esas-arxa-kamerani-elde-edecek
    Bu siyahıdakı cihazların heç biri Android 15 yeniləməsini almayacaq!
    bu-siyahidaki-cihazlarin-hec-biri-android-15-yenilemesini-almayacaq