Logo
    main-post-cover

    Orta büdcəli Vivo Y39 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    28.02.2025
    Emil
         Vivo şirkəti Vivo Y39 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y39 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1608x720 piksel keyfiyyətli 6.68 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP + 2 MP ikili arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo bildirib ki, Vivo Y39 5G-nin batareyası 5 il müddətində effektiv şəkildə çalışma imkanına sahibdir. Vivo Y39 5G artıq yaxın zamanda satışa çıxacaq və onun qiyməti 241$ təşkil edəcək.
    Mənbə: Gizmochina
    Paylaş
    Bənzər xəbərlər
    orta-budceli-vivo-v50-smartfonu-teqdim-olunub-qiymeti
    Cihazlar+

    Orta büdcəli Vivo V50 smartfonu təqdim olunub - QİYMƏTİ

    Vivo şirkəti daha öncə də söz vermiş olduğu kimi Vivo V50 adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessoru və böyük həcmli batareyası ilə seçilir.
    vivo-v50-nin-teqdimati-resmi-sekilde-anons-edilib
    Cihazlar+

    Vivo V50-nin təqdimatı rəsmi şəkildə anons edilib

    Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Vivo şirkəti sonunda Vivo V50 smartfonunun təqdimatını anons edib.
    vivo-v50-nin-resmi-render-fotolari-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Cihazlar+

    Vivo V50-nin rəsmi render fotoları və bəzi texniki imkanları təqdim edilib

    Vivo şirkəti bu ay ərzində Vivo V50 smartfonunu təqdim etməlidir. Smartfonun bu ayın ortasında təqdim olunacağı gözlənilir. Daha öncə Vivo V50-nin render fotosu ortaya çıxmışdı. İndi isə şirkət sözügedən smartfonun müxtəlif gövdə rənglərində rəsmi render fotolarını və onun barəsində bəzi məlumatları təqdim edib.
    teqdimata-hazirlasan-vivo-v50-nin-ilk-resmi-tizer-fotosu-teqdim-edilib
    Cihazlar+

    Təqdimata hazırlaşan Vivo V50-nin ilk rəsmi tizer fotosu təqdim edilib

    Vivo şirkəti aktiv şəkildə Vivo V50 smartfon seriyasının təqdimatına hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya 2 model daxil olacaq. Vivo V50 və V50 Pro. Keçən həftə 91mobiles saytı Vivo V50-nin keyfiyyətli render fotosunu təqdim etdi. İndi isə Vivo şirkəti özü rəsmi şəkildə Vivo V50 seriyasının ilk tizer fotosunu bölüşüb.
    vivo-v50-nin-yeni-render-fotosu-ve-bezi-texniki-imkanlari-teqdim-edilib
    Cihazlar+

    Vivo V50-nin yeni render fotosu və bəzi texniki imkanları təqdim edilib

    Artıq məlumdur ki, Vivo şirkəti Vivo V50 smartfon seriyasını təqdim etməyə hazırlaşır. Buna görə də sözügedən smartfon seriyası barəsində məlumatlar tədricən ortaya çıxır.