Logo
    main-post-cover

    Orta büdcəli Vivo Y400 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.08.2025
    Emil
         Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo Y400 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y400 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Smartfonun gövdəsi IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y400 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y400 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 250$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş