
Orta büdcəli Vivo Y400 Pro 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
20.06.2025
Emil
Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo Y400 Pro 5G-dən gedir. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və 5000 mAh-dan böyük həcmli batareyanı əldə edib. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 4500 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.

Üstəlik smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y400 Pro 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y400 Pro 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 288$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
